Bank Of Baku

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə daha bir “OMON-çu”nun məhkəmə prosesi keçirilir

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə daha bir “OMON-çu”nun məhkəmə prosesi keçirilir
# 31 yanvar 2007 15:04 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş “OMON-çu” Etibar Allahverdiyevin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə şahidlər ifadə veriblər. E. Allahverdiyev 1995-ci ilin martın hadisələrində iştirakda, bir qrup “OMON-çu” ilə birgə Baş Prokurorluğa basqında, “Komsomol” dairəsi yaxınlığındakı körpünün partladılmasına cəhddə ittiham olunur. Təqsirləndirilən həmin hadisələrdən sonra istintaqdan yayındığından məsuliyyətdən kənarda qalıb. E. Allahverdiyev ötən il həbs olunandan sonra barəsindəki cinayət işinin istintaqı təzələnib. Məhkəmədə şahid qismində ifadə verən Əsgər Məmmədov körpünün partladılmasına cəhdlə bağlı günahsız yerə 10 il müddətinə həbs edildiyini bildirib: “Elçin Əmiraslanov tanımadığım 4 nəfərlə bizə gələrək, gətirdiyi əşyanın bir neçə günlüyə həyətimizdə qalmasını xahiş etdi. O, əşyanı bir neçə gündən sonra Qazaxa aparacağını dedi. Onlar getdikdən sonra bağlı əşyanın “şaşka” olduğunu gördüm və zibilliyə atdım. Bizə gələnlərin arasında Etibar yox idi”. Proses fevralın 7-də davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR