Bank Of Baku

Birgə yaşadığı qadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Birgə yaşadığı qadını qətlə yetirən şəxsin məhkəməsi başlayıb
# 31 yanvar 2007 15:10 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mansur İbayevin sədrliyi ilə birgə yaşadığı Maral Abbasovanı qətlə yetirən Şahlar Məmmədovun işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, ittiham aktında bildirilir ki, Ş. Məmmədov 2000-ci ildə Quba şəhər sakini Maral Abbasova ilə tanış olub və onların qeyri-rəsmi nikahdan övladları dünyaya gəlib. Cütlüyün münasibətləri əvvəllər yaxşı olsa da, sonradan Ş. Məmmədov M. Abbasovanı qovaraq başqası ilə evlənmək istəyib. 2006-cı il avqustun 4-də saat 17 radələrində M. Abbasova kirayə yaşadığı mənzildə anasının gözü qarşısında Ş. Məmmədov tərəfindən bıçaqla qətlə yetirilib. Ş. Məmmədova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adm öldürmə) və 133.1-ci (işgəncə vermə) maddələri ilə ittiham elan olunub. Proses şahid ifadələri ilə davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR