Bank Of Baku

Biləsuvar sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib

Biləsuvar sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib
# 31 yanvar 2007 15:30 (UTC +04:00)
Biləsuvar rayon sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Biləsuvar Rayon Prokurorluğunun müstəntiqi Anar Zeynalov məlumat verib. Onun dediyinə görə, bu gün saat 13 radələrində Səmədabad kəndində yerləşən yarımstansiyada yağ açarını açarkən 1948-ci il təvəllüdlü Biləsuvarın Təzəkənd sakini Abbasov Bəylər Ağabəy oğlunu elektrik cərəyanı vurub. Mərhum Biləsuvar rayon elektrik paylayıcı stansiyasında usta vəzifəsində çalışırmış. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR