Bank Of Baku

Beynəlxalq Tibb Korpusu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə sərgisi keçirəcək

Beynəlxalq Tibb Korpusu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə sərgisi keçirəcək
# 31 yanvar 2007 15:30 (UTC +04:00)
Beynəlxalq Tibb Korpusu (BTK) fevralın 7-də “Rayonlarda inklüziv təhsil proqramı”na cəlb olunan və xüsusi qayğıya ehtiyac duyan uşaqlara yardım etmək məqsədilə geniş ictimaiyyət nümayəndələri üçün xeyriyyə sərgisi keçirəcək. BTK-nın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Açıq Cəmiyyət İnstitutu və BP şirkətinin maliyyələşdirdiyi proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə inteqrasiyasına və onların öz potensiallarından tam istifadə etmələrinə yardım göstərməkdir. Tədbirdə aparıcı neft şirkətlərinin, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri ilə bərabər, gənclər də iştirak edəcək. Xeyriyyə sərgisi zamanı həvəskar, peşəkar gənc rəssamların əl işlərindən əlavə, “Rayonlarda inklüziv təhsil proqramı”nın qısa təqdimatı da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR