Bank Of Baku

Yeni doğulmuş körpəni oğurlayaraq satmaqda ittiham olunan tibb bacısı özünü günahkar saymır

Yeni doğulmuş körpəni oğurlayaraq satmaqda ittiham olunan tibb bacısı özünü günahkar saymır
# 31 yanvar 2007 15:35 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə insan alverində təqsirləndirilən tibb bacısı Ofeliya Səfərova və “Zibaxanım” Klinikasının baş həkimi Zibaxanım Əsgərovanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər O. Səfərova və Z. Əsgərova sərbəst ifadə veriblər. İfadəsində özünü qismən təqsirli bildiyini deyən Z.Əsgərova xəstəxanasında belə bir hadisənin baş verməsində özünü günahkar sayıb. O.Səfərova isə tam təqsirsiz olduğunu, adının uşağın oğurlanaraq satılmasında hallandırılması ilə razılaşmadığını bildirib: “Mən uşağın oğurlanaraq satılmasından xəbərsiz olmuşam”.
Proses fevralın 7-də zərərçəkmiş şəxsin ifadəsi ilə davam etdiriləcək.
Qeyd edək ki, O. Səfərova Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi (adam oğurluğu), Z. Əsgərova isə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, O.Səfərova Tatyana Leonidova adlı qadının klinikada doğumunu təşkil edib və ona uşağının ölü doğulduğunu deyərək, sonradan körpəni 1000 dollara Azərbaycan vətəndaşına satıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR