Bank Of Baku

Ötən il Hərbi Prokurorluğun 15 əməkdaşı cəzalandırılıb

Ötən il Hərbi Prokurorluğun 15 əməkdaşı cəzalandırılıb
# 02 fevral 2007 10:31 (UTC +04:00)
Ötən il hərbi prokurorun təqdimatı əsasında baş prokurorun əmri ilə Hərbi Prokurorluğun 15 əməkdaşı intizam qaydasında cəzalandırılıb. APA-nın məlumatına görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib. X. Vəliyev deyib ki, cəzalandırılan prokurorluq işçilərinin 6-na şiddətli töhmət, 5-ə töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric edilib. Hesabat dövründə baş prokurorun əmri ilə 26 nəfər müvafiq qaydada mükafatlandırılıb, 31 nəfər vəzifədə irəli çəkilib. Hərbi Prokurorluğun 2 əməkdaşı prezidentin fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 4 nəfər isə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR