Bank Of Baku

Oğurluqla məşğul olan Lənkəran sakini tutulub

Oğurluqla məşğul olan Lənkəran sakini tutulub
# 02 fevral 2007 10:40 (UTC +04:00)
Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları oğurluqla məşğul olan rayon sakinini yaxalayıblar. Şöbədən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Lüvəsər kənd sakini, 1968-ci il təvəllüdlü Hüseynəli Əyyub oğlu Şahmarov gecə saatlarında həmkəndlisi Bahəddin Ələkbər oğlu Tahirova məxsus yaşayış evinin həyətinə daxil olaraq ümumi dəyəri 174 manat olan dörd ədəd avtomobil təkərini oğurlayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən H. Şahmarov isti izlərlə yaxalanıb. İlkin dindirmə zamanı saxlanılan şəxs oğurluq etdiyini boynuna alaraq bunu maddi vəziyyətinin ağır olması ilə əlaqələndirilib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR