Bank Of Baku

Ötən il Azərbaycan Ordusunda hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərketmə halı qeydə alınmayıb

Ötən il Azərbaycan Ordusunda hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərketmə halı qeydə alınmayıb
# 02 fevral 2007 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, kollegiya iclasında hərbi prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda hesabat məruzəsi ilə çıxış edən baş prokurorun birinci müavini, hərbi prokuror Xanlar Vəliyev ötən il ərzində prokurorluq orqanlarının fəaliyyəti barədə geniş məlumat verib, qazanılan uğurlar və yol verilən nöqsanlar barədə danışıb. Hərbi prokuror son vaxtlar Azərbaycan Ordusunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirildiyini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görüldüyünü, bu ilin dövlət büdcəsindən Silahlı Qüvvələrə ayrılan xərclərin 1 milyard dollara çatdırıldığını diqqətə çatdırıb. X.Vəliyev qeyd edib ki, 2005-ci ilə nisbətən ötən il 19,7 faiz az cinayət hadisəsi qeydə alınıb. Habelə, hərbi xidmət əleyhinə cinayətlər 16,7, hərbi xidmətdən yayınma cinayətləri 31,3, qeyri-hərbi cinayətlər isə 28,9 faiz azalıb. Hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərketmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, ötən illərdən qalan qəsdən adamöldürmə cinayətlərinin açılması təmin olunub. Hesabat dövründə tabeçilik qaydası əleyhinə cinayətlər 12, tabeçilik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 36, mülkiyyət əleyhinə olan cinayətlər 25,6 faiz artıb. Hərbi prokuror qeyd edib ki, Hərbi Prokurorluq tərəfindən “Hərbi qanunlar toplusu” nəşr edilərək Silahlı Qüvvələrə paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR