Bank Of Baku

Lənkəran apteklərində yoxlama aparılıb

Lənkəran apteklərində yoxlama aparılıb
# 02 fevral 2007 10:43 (UTC +04:00)
Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri şəhərin apteklərində və uşaq malları mağazalarında reyd keçiriblər. Mərkəzin direktoru Habil Sadıqovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, reyd Səhiyyə Nazirliyinin 25 oktyabr 2006-cı il tarixli “İstismarın müvəqqəti dayandırılması, fəaliyyətin qadağan edilməsi haqqında” 45 saylı qərarına uyğun olaraq rayonun ərazisində yerləşən aptek və xüsusiləşdirilmiş uşaq malları mağazalarında satılan uşaq əmzik və əmziklik qida qabları nümunələrinin keyfiyyət tərkibinin yoxlanılması məqsədilə keçirilib. Reyd zamanı bir neçə aptek və mağazada Almaniya, ABŞ və Tailand istehsalı olan əmziklər üzərində haloqram tapılsa da, onların üzərində heç bir yazılı məlumatın və keyfiyyət sertifikatının olmadığı müəyyənləşdirilib. Nəticədə mənşəyi bilinməyən 18 ədəd əmzik sənədləşdirilərək satışdan çıxarılıb.
H. Sadıqov bildirib ki, bu cür reydlər davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR