Bank Of Baku

Dünya Bankının təhsil missiyası Azərbaycana gələcək

Dünya Bankının təhsil missiyası Azərbaycana gələcək
# 02 fevral 2007 10:58 (UTC +04:00)
Fevralın 12-15-də Dünya Bankının təhsil missiyası Azərbaycanda səfərdə olacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, DB ekspertlərinin səfəri Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış kredit sazişinə uyğun olaraq həyata keçirilən “Təhsil sektorunun inkişafı” layihəsi çərçivəsində təşkil edilir. Səfər müddətində ekspertlər Nazirlər Kabinetinin bu yaxınlarda təsdiqlədiyi “Ümumi təhsilin konsepsiyası”na (Milli Kurrikulum) uyğun fənn kurrukilumlarının hazırlanması vəziyyəti ilə tanış olacaqlar.
Qeyd edək ki, təhsilə tam yeni yanaşmanı nəzərdə tutan kurrikulumun 2007-2008-ci tədris ilindən Bakının 21 məktəbində, 2008-2009-cu ildən bütünü respublikada tətbiq ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR