Bank Of Baku

Gəncənin Nizami və Kəpəz rayon məhkəmələrinə yeni hakimlər təyin olunacaq

Gəncənin Nizami və Kəpəz rayon məhkəmələrinə yeni hakimlər təyin olunacaq
# 02 fevral 2007 11:10 (UTC +04:00)
Bu il Gəncə şəhərinin Nizami və Kəpəz rayon məhkəmələrinə yeni hakimlər təyin olunacaq. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri Nizami Hümbətovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində hakimlərin sayı 3-dən 6-ya çatdırılacaq: “Kəpəz Rayon Məhkəməsində isə 1 yeni hakim ölkə başçısının sərəncamı ilə təyin olunacaq. Ay ərzində hakimlərimiz 22-23 iş gününə 60-65 mülki işə baxmalı olurlar. Müraciət edənlərin sayı xeyli artıb. Ona görə də hər iki məhkəməyə yeni hakimlərin prezident İlham Əliyevin 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələrində hakimlərin sayının artırılması və məhkəmə ərazilərinin yurisdiksiyasının müəyyən edilməsi haqqında” verdiyi fərmana əsasən təyin edilməsinin çox müsbət təsiri olacaq”.
N. Hümbətov vakant hakim yerlərinə təyin olunmaq istəyənlərin ərizə və sənədlərinə Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasında baxılacağını bildirib: “Məhkəmə-Hüquq Şurası öz növbəsində seçilmiş hakimlərin nəzərdə tutulan müvafiq məhkəmələrə təyin olunması üçün ölkə başçısına təqdimat verəcək. Yalnız prezidentin sərəncamından sonra namizədlər hakim kimi vəzifələrinin icrasına başlayacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR