Bank Of Baku

Hacı Məmmədov evtanaziya üçün müraciət etməsi barədə yayılan məlumatları təkzib edib

Hacı Məmmədov evtanaziya üçün müraciət etməsi barədə yayılan məlumatları təkzib edib
# 02 fevral 2007 11:25 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, H. Məmmədov mətbuatda onun evtanaziya (könüllü ölüm) üçün müraciət etdiyi barədə yayılan məlumatların yalan olduğunu deyib. Hüquq müdafiəçisi qeyd edib ki, H. Məmmədovun indiyədək MTN-də saxlanmasının heç bir xüsusi səbəbi yoxdur: “Qərar gələndən sonra Hacı Məmmədovu da MTN-dən başqa təcridxanaya aparacaqlar. Onun MTN-də saxlanmasının Elmar Hüseynovun qətli üzrə aparılan istintaqla da heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl H. Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvlərinin əksəriyyəti MTN-in istintaq təcridxanasından 1 və 3 saylı istintaq təcridxanalarına köçürülüb. MTN-də yalnız H. Məmmədov və daha üç nəfər saxlanılıb. Mətbuatda H.Məmmədovun MTN-də saxlanmasının E.Hüseynovun qətli ilə bağlı aparılan istintaqla əlaqəsinin olması barədə məlumat yayılıb. Bundan başqa, yayılan digər məlumata görə, H. Məmmədov guya özünün zəhərli iynə ilə öldürülməsi üçün rəsmi müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR