Bank Of Baku

Vəkillər Kollegiyasına yeni binanın verilməsi ilə bağlı yazışma aparılır

Vəkillər Kollegiyasına yeni binanın verilməsi ilə bağlı yazışma aparılır
# 02 fevral 2007 11:30 (UTC +04:00)
Vəkillər Kollegiyasına yeni binanın verilməsi ilə bağlı qurumla Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında yazışma aparılır. Bu barədə APA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məlumat verib. A. Tağıyev bildirib ki, prezident Vəkillər Kollegiyasının maddi-texniki bazasının yaradılması ilə bağlı verdiyi sərəncamda 2 ay ərzində Kollegiyaya yeni binanın ayrılması barədə tapşırıq verib: “İndiyədək bizə təqdim olunan binaları qəbul etməmişik. Həmin binalarda fəaliyyətimiz mümkün deyil. Təhsil Problemləri İnstitutunun bir hissəsi təklif olunmuşdu. Biz bu binadan da imtina etdik. Təhsil Nazirliyi də həmin binanın bizə verilməsi ilə razı deyildi. Hazırda bina ilə bağlı yazışmalar davam edir. Bizə Kollegiyanın normal fəaliyyət göstərməsi üçün yararlı bina lazımdır. Bu barədə sərəncam var və ümid edirik ki, problem yaxınlarda həll olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR