Bank Of Baku

Gələn ildən 62 adda dərslik ilk dəfə olaraq şagirdlə pulsuz paylanacaq

Gələn ildən 62 adda dərslik ilk dəfə olaraq şagirdlə pulsuz paylanacaq
# 02 fevral 2007 12:24 (UTC +04:00)
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, Azərbaycan bölməsi üçün 29, rus bölməsi üçün 33 adda yeni dərslik çap ediləcək. Gələn tədris ilindən ilk dəfə olaraq, Azərbaycan bölməsinin ibtidai sinif şagirdləri üçün “İnformatika”, “Təsviri incəsənət və musiqi”, I sinif üçün “Alman dili”, II sinif üçün “Həyat bilgisi”, V sinif üçün “Musiqi”, VII sinif üçün “Alman dili”, “Rus dili”, “İnformatika”, VIII sinif üçün “Musiqi”, “Rus dili”, IX sinif üçün “Fransız dili”, “Rus dili”, X və XI sinif üçün “İnsan və cəmiyyət”, “Gənclərin çağırışa qədər hazırlığı”, XI sinif üçün “Rus dili” dərslikləri pulsuz paylanacaq. Rus bölməsi üzrə isə V sinif üçün “Riyaziyyat”, “İnformatika”, “Rus dili”, ilk dəfə VI sinfi üçün “Riyaziyyat”, VII sinfi üçün “Zoologiya”, “Rus dili”, VIII sinif üçün “Musiqi”, IX sinif üçün “Ədəbiyyat”, “Rus dili”, X sinif üçün “Rus dili”, “İnsan və cəmiyyət”, “Gənclərin çağırışa qədər hazırlığı” dərslikləri hazırlanıb və həmin dərsliklər gələn ildən məktəblərə pulsuz paylanacaq. Ümumilikdə isə gələn tədris ili üçün 5 milyon 188 min 800 nüsxə ilə 156 adda dərslik çap ediləcək. Bu dərsliklərin 84 adda olanı Azərbaycan, 72 adda olanı rus bölməsi üçündür.
Qeyd edək ki, gələn tədris ili üçün çap ediləcək dərsliklərin siyahısı artıq təhsil naziri Misir Mərdanov tərəfindən təsdiqlənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR