Bank Of Baku

Dərslikləri Qiymətləndirmə Şurası bu ay fəaliyyətə başlayacaq

Dərslikləri Qiymətləndirmə Şurası bu ay fəaliyyətə başlayacaq
# 02 fevral 2007 13:30 (UTC +04:00)
Təhsil Nazirliyinin nəzdində Dərslikləri Qiymətləndirmə Şurası fevral ayı ərzində fəaliyyətə başlayacaq. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Onun sözlərinə görə, artıq şuranın əsasnaməsi təsdiqlənib, tərkibi isə gələn həftə formalaşdırılacaq. Əsasnaməyə uyğun olaraq yaxın bir necə gün ərzində təhsil naziri Misir Mərdanov şuranın sədrini təyin edəcək. Sədr isə şuranın üzvlərini seçəcək. Şura fəaliyyətə başlayandan sonra dərsliklərin layihələrini qiymətləndirəcək və onların dərslik kimi istifadə edilib-edilməməsi barədə rəy verəcək. Bu rəydən asılı olaraq Təhsil Nazirliyi dərslikləri təsdiqləyəcək və onları çapa buraxacaq. Şura işə başlayandan sonra fəaliyyətini istiqamətləndirən 3 sənəd - dərsliklərin qiymətləndirilməsi meyarlarını, yeni dərsliklərin hazırlanması qaydalarını, dərsliklərin texniki və gigiyenik standartlarını hazırlayacaq. Qeyd edək ki, şura Nazirlər Kabinetinin razılığı ilə ötən il təhsil naziri tərəfindən təsdiqlənən “Ümumi təhsil sistemində dərslik siyasəti” əsasında yaradılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR