Bank Of Baku

Bu il 2144 məktəb 7091 kompüterlə təmin ediləcək

Bu il 2144 məktəb 7091 kompüterlə təmin ediləcək
# 02 fevral 2007 13:32 (UTC +04:00)
“Məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”na əsasən 2007-ci ildə 2144 məktəb 7091 kompüter və digər avadanlıqla təmin ediləcək. Ötən il isə kompüterləşmə proqramı çərçivəsində 841 məktəbə kompüter, 437 məktəbə noutbuk və proyektorlar verilib. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Bu il ərzində müvafiq sahə üzrə 2008-2012-ci illəri əhatə edən yeni inkişaf proqramı hazırlanacaq. Bununla yanaşı, riyaziyyat, coğrafiya, xarici dil fənləri üzrə elektron təlim materiallarının hazırlanması, 10 minədək müəllim üçün treninqlərin təşkili və idarəetmə sahəsində informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə edilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR