Bank Of Baku

Ötən illərə görə Rusiyanın RTR və ORT kanallarının Azərbaycana borcu yoxdur

Ötən illərə görə Rusiyanın RTR və ORT kanallarının Azərbaycana borcu yoxdur
# 02 fevral 2007 14:36 (UTC +04:00)
Azərbaycan ərazisində yayımının davam etdirilmək üçün Rusiyanın ORT və RTR kanalları müqavilələrini hələ “Teleradio” İstehsalat Birliyinə (İB) təqdim etməyiblər. “Teleradio” İB-nin maliyyə şöbəsinin rəisi Vaqif Sultanov APA-ya bildirib ki, hazırda hər iki kanal ölkə ərazisində 2006-cı ilin əvvəlində bağlanan müqavilə əsasında yayımlanır: “Köhnə müqavilənin şərtlərində qeyd edilib ki, tərəflər yeni ilə görə müqavilənin bağlanılması üçün müraciət etməsə, xidmət davam etdirilir. Adətən, bu kanallar ötən illərdə yayım müqavilələrini bizimlə fevraladək bağlayırdı. Bu il isə Rusiyanın Dövlət Teleradio Verilişləri Şirkəti bu müqavilələri bizə hələ göndərməyib. Bu, yəqin ki, Milli Televiziya və Radio Şurasının ORT və RTR-in iyulun 1-dən Azərbaycanda yayımının dayandırılması barədə verdiyi qərarla bağlıdır”. V.Sultanov bildirib ki, ötən illərdə tərəflər arasında müqavilə bağlanılması MTRŞ ilə razılaşdırılmayıb. Amma bu il Rusiya tərəfi müqavilənin bağlanılması üçün Azərbaycana müraciət edərsə, bu barədə qərar vermək üçün mütləq MTRŞ-nın da razılığı alınacaq: “Milli Teleradio Şurası hansı müddətə qərar versə, müqavilə də o müddətə bağlanılacaq”. V.Sultanov onu da əlavə edib ki, hazırda bu kanalların heç birinin ötən illərə görə Azərbaycana borcu yoxdur.
Qeyd edək ki, MTRŞ iyulun 1-dən Rusiyanın RTR və ORT kanallarının Azərbaycanda yayımının dayandırılması barədə qərar verib. Səbəb kimi isə xarici telekanalların yalnız kabel və peyk vasitəsilə yayımlanması göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR