Bank Of Baku

Gənclər və İdman Nazirliyi Gənclər Günü münasibətilə tədbir keçirib

Gənclər və İdman Nazirliyi Gənclər Günü münasibətilə tədbir keçirib
# 02 fevral 2007 16:44 (UTC +04:00)
2 Fevral Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ili “Gənclər ili” elan edib. 2006-cı ildə Azərbaycan gənclərinin əldə etdiyi uğurlardan danışan nazir 2007-ci ildə bu uğurların təkrarlanmasına və daha böyük nailiyyətlər əldə olunmasına çalışacaqlarını vurğulayıb. Bir qrup gənclər təşkilatlarının nümayəndələri mükafatlandırıldıqdan sonra tədbir konsert proqramı ilə davam etdirilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR