Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə hazırladığı təkliflər gələn həftə prezidentə təqdim ediləcək

İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə hazırladığı təkliflər gələn həftə prezidentə təqdim ediləcək
# 02 fevral 2007 16:53 (UTC +04:00)
Dünya Bankının “Doing Business” hesabatının əsas müəlliflərindən olan Simeon Dyankov Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mətbuat konfransına iqtisadi inkişaf naziri Heydər Babayev də qatılıb. S. Dyankov bildirib ki, Dünya Bankının hesabatı hazırlayan komandası Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə birgə işləyərək ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələrində islahatların aparılması üçün Azərbaycan hökumətinə müəyyən tövsiyələr hazırlayıb. Azərbaycanın 2005-ci illə müqayisədə “Doing Business”in reytinq cədvəlində bir pillə irəliləyərək 99-cu yerdə qərarlaşdığını deyən S. Dyankov prezident İlham Əliyevlə görüşündə də bu məsələlərə toxunduğunu vurğulayıb: “Prezidentlə görüşümüzdə Azərbaycanın beynəlxalq rəqabətlilik baxımından bir neçə ay ərzində gördüyü işləri müzakirə etdik. Biz İqtisadi İnkişaf Nazirliyi ilə növbəti dövrlərdə həyata keçiriləcək tədbirlər, görüləcək işləri özündə əks etdirən strategiya hazırlamışıq”. S. Dyankovun sözlərinə görə, hazırda Azərbaycanda bir müəssisənin işə başlaması üçün 53 gün lazımdır. Prosedurların ən uzunu şirkətin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsidir ki, bu da 18 gün vaxt aparır. Müzakirələr zamanı İİN şirkətin fəaliyyətə başlaması üçün müddətin 53 gündən 22-yə endiriləcəyini söyləyib.
İqtisadi inkişaf naziri Heydər Babayev isə Dünya Bankının dəstəyi ilə görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, rəhbərlik etdiyi qurum Dünya Bankı ilə birgə biznes mühitinin inkişafı məqsədi ilə hazırladığı təklifləri gələn həftə dövlət başçısına təqdim edəcək.
Qeyd edək ki, S. Dyankov iqtisadi cəhətdən regionun ən zəif dövləti olan Ermənistana reytinq cədvəlində əksər ölkələri, o cümlədən Azərbaycanı qabaqlayaraq 37-ci yerin hansı hesablamalar əsasında verilməsi barədə jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR