Bank Of Baku

Azərbaycan Qara və Aralıq dənizlərində neft məhsulları daşımaq üçün xüsusi gəmiçilik şirkətinin yaradılması ilə bağlı xarici şirkətlərlə danışıqlar aparır

Azərbaycan Qara və Aralıq dənizlərində neft məhsulları daşımaq üçün xüsusi gəmiçilik şirkətinin yaradılması ilə bağlı xarici şirkətlərlə danışıqlar aparır
# 02 fevral 2007 17:12 (UTC +04:00)
Azərbaycan hökuməti Qara və Aralıq dənizlərində neft məhsullarını daşımaq üçün xüsusi gəmiçilik şirkətinin yaradılması ilə bağlı adıçəkilən dənizlərdə anoloji xidmətlər göstərən xarici şirkətlərlə danışıqlar aparır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, artıq bir şirkətlə danışıqlar başa çatıb. Digər şirkətlə isə yaxın vaxtlarda Yunanıstanın Saloniki şəhərində müzakirələr aparılacaq. Artıq Dövlət Neft Şirkətinin də razılığı alınıb, digər neft şirkətləri ilə danışıqlar gedir. Şirkətin bu il ərzində fəaliyyətə başlayıb-başlamayacağı ilə bağlı sualı cavablandıran H. Babayev bu işi gecikdirməyəcəklərini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR