Bank Of Baku

Özünü hüquq müdafiəçisi kimi təqdim edən keçmiş polis əməkdaşı rüşvət alarkən yaxalanıb

Özünü hüquq müdafiəçisi kimi təqdim edən keçmiş polis əməkdaşı rüşvət alarkən yaxalanıb
# 03 fevral 2007 08:00 (UTC +04:00)
Özünü hüquq müdafiəçisi kimi qələmə verən Əli Bayramlı şəhər sakini rüşvət alarkən yaxalanıb. Şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 1-də MTN və prokurorluq əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Əli Bayramlı sakini, “Regional insan hüquqları və ekologiya müdafiəsi” adlı təşkilatın direktoru, özünü hüquq müdafiəçisi kimi qələmə verən keçmiş polis əməkdaşı Azad İsgəndərli vətəndaşdan şantaj yolu ilə rüşvət alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR