Bank Of Baku

Tarixi “Gəncə qapıları”nın analoji variantı hazırlanıb

Tarixi “Gəncə qapıları”nın analoji variantı hazırlanıb
# 05 fevral 2007 09:33 (UTC +04:00)
Tarixi “Gəncə qapıları”nın analoji variantının hazırlanması işi başa çatıb. Hündürlüyü 10 metr olan qapıların hazırlanmasında müxtəlif dövrlərə dair materiallardan istifadə olunub. Bu barədə APA-nın Qərb bürosuna açıqlama verən Gəncə Elm Mərkəzinin direktoru Fuad Əliyevin sözlərinə görə, artıq “Gəncə qapıları”nın yerləşəcəyi ərazidə simvolik qala divarlarının tikintisinə başlanılıb. “Bu işlərin nə vaxt yekunlaşacağını söyləmək bir qədər çətindir. Çünki qala barılarını tikmək üçün lazım olan kərpiclər Naxçıvandan gətirilir. Amma çox güman ki, bütün işlər yaxın gələcəkdə yekunlaşacaq”. Fuad Əliyev tikinti işlərində istifadə olunan kərpiclərin gətirilməsinə Heydər Əliyev Fondunun yardımçı olduğunu deyib. Qeyd edək ki, Gəncə qapılarının orijinal variantı hazırda Kutaisi şəhər monastırında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR