Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin əməkdaşları ötən ay axtarışda olan 47 nəfəri saxlayaraq, hüquq-mühafizə orqanlarına təhvil veriblər

Dövlət Sərhəd Xidmətinin əməkdaşları ötən ay axtarışda olan 47 nəfəri saxlayaraq, hüquq-mühafizə orqanlarına təhvil veriblər
# 05 fevral 2007 09:59 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları yanvarda 18 halda dövlət sərhədinin pozulmasının qarşısı alıblar. DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, 21 İran, 8 Azərbaycan, 6 Pakistan, 3 İraq, 2 Nigeriya, 2 Gürcüstan, 1 Əfqanıstan, 1 Rusiya və 1 Türkiyə vətəndaşı sərhəd pozucusu qismində, 43 Azərbaycan, 8 İran, 4 Rusiya, 3 Gürcüstan və 2 Türkiyə vətəndaşı isə sərhəd rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Axtarışda olan 47 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ay sərhədlərimizdən 2,950 kq marixuananın və 18 qr tiryəkin keçirilməsinin qarşısı alınıb. Vizası olmayan 10 İran, 3 İraq və 2 Nigeriya vətəndaşı saxta sənədlə, 1 Azərbaycan, 1 Türkiyə vətəndaşı özgəsinə məxsus sənədlə sərhədlərimizi keçmək istəyərkən saxlanılıb. Bundan başqa, 9 İran, 7 Türkiyə, 5 Malayziya, 3 Böyük Britaniya, 2 Tunis, 2 Çin, 1 Bolqarıstan, 1 Danimarka, 1 Ukrayna, 1 Əfqanıstan və 1 Filippin vətəndaşı saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Keçən ay dəniz sərhədlərində 10 kiçikhəcmli qayıqla sərhəd rejimi qaydalarını pozduğuna və qanunsuz balıq ovu ilə məşğul olduğuna görə 21 nəfər saxlanılıb.
Sahibsiz halda olan 19.050 metr balıq toru götürülüb. Azərbaycana məxsus 3 gəmidən sənədsiz 90.2 ton dizel yanacağı, 22 yeşik kollada və 65 yeşik kilkə balığı müsadirə edilib. Ay ərzində 89 ədəd müxtəlif markalı spirtli içkinin, 35 kq barıtın, 1 ədəd beşbarmağın, 24 ədəd zinət əşyasının, 429 ədəd müxtəlif məzmunlu dini kitabın, xeyli miqdarda sənaye mallarının sərhəddən qeyri-qanuni keçirilməsinin qarşısı alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR