Bank Of Baku

Ermənilər 1919-1921-ci illərdə Naxçıvanda 73,727 azərbaycanlını qətlə yetiriblər

Ermənilər 1919-1921-ci illərdə Naxçıvanda 73,727 azərbaycanlını qətlə yetiriblər
# 05 fevral 2007 10:00 (UTC +04:00)
APA-nın İqdıra ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu rəqəmlər Türkiyə Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsinin rəsmi sənədlərində öz əksini tapıb. Erməni daşnaklarının Anadolunun müxtəlif yerlərində 523 min 955 türkü qətlə yetirməsi barədə rəsmi sənədlər hazırda Türkiyənin dövlət arxivlərində saxlanır. Bu sənədlər ötən əsrin əvvəllərində türklərin ermənilərə deyil, ermənilərin türklərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir. Türkiyə Nazirlər Kabineti Dövlət Arxivləri Baş İdarəsi türklərə qarşı soyqırımı siyasəti yürüdüldüyünü təsdiqləyən sənədləri açıqlamaqla yanaşı konkret kənd və şəhərlərdə nə qədər türkün qətlə yetirildiyini göstərib. Erməni daşnak qüvvələrinin ən çox insanları qətlə yetirdiyi ərazilər Qars, Ərdəhan, Van, İqdır, Naxçıvan ərazisidir. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4.000, 1920-ci ildə 64.408, həmin il daha 5.307, 1921-ci ildə isə 12 azərbaycanlını qətlə yetiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR