Bank Of Baku

N saylı hərbi hissəsinin komandiri Arzu İbrahimov barəsində mənimsəmə və ya israf etmə maddəsi üzrə cinayət işi başlanıb

N saylı hərbi hissəsinin komandiri Arzu İbrahimov barəsində mənimsəmə və ya israf etmə maddəsi üzrə cinayət işi başlanıb
# 05 fevral 2007 10:17 (UTC +04:00)
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri Arzu İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə (mənimsəmə və ya israf etmə) cinayət işi başlanıb. Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, A.İbrahimov hərbi hissəyə məxsus yanacağı qanunsuz satmaqda ittiham olunur. Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumatı təsdiqləyib. Prokurorluqdan APA-ya bildirilib ki, A.İbrahimov rəhbərlik etdiyi hərbi hissənin yanacaq-sürtgü materialları xidmətinin rəis əvəzi Valeh Qasımov və digər N saylı hərbi hissənin komandiri Şaiq Xamayevlə əlbir olaraq, saxta sənədlər tərtib edib, Xanlar rayonunun Quşqara kəndində yerləşən “Dostluq” İstehsalat-Kommersiya firmasının direktoru İsa Məmmədova satmaq barədə razılığa gəliblər. İ.Məmmədovun tanışları Səməndər Abdullayev və Firdovsi Hüseynov hərbi hissənin yanacaq çənlərindən həmin firmanın çənlərinə yanacaq ötürərkən yaxalanıblar. Bundan sonra isə dəstənin digər üzvləri saxlanılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR