Bank Of Baku

“Quş qripi”nə yoluxmaqda şübhəli bilinən Neftçala sakininin müayinələrinin nəticələri 1-2 günə məlum olacaq

“Quş qripi”nə yoluxmaqda şübhəli bilinən Neftçala sakininin müayinələrinin nəticələri 1-2 günə məlum olacaq
# 05 fevral 2007 10:19 (UTC +04:00)
Fevralın 2-də axşam “quş qripi” şübhəsi ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətirilən Neftçalanın Boyat kənd sakini Zəminə Gülsəfa qızı Zeynalovanın müayinələri hazırda Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının virusoloji laboratoriyasında və Kənd Təsərrüfatı Nazirliyinin Respublika Baytarlıq Laboratoriyasında PZR üsulu ilə yoxlanılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müayinələrin nəticələri yaxın 1-2 gün ərzində bilinəcək. Əgər “quş qripi” ilə bağlı şübhə yaransa, xəstənin müayinələri Ümumdünya Səhiyyə Təşkilatının referens laboratoriyasına göndəriləcək. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan isə bildiriblər ki, 1969-cu il təvəllüdlü, ikitərəfli pnevmoniya diaqnozu üzrə müalicə edilən Z. Zeynalovanın vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR