Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin tələbələri fevralın 15-də Fatma Abdullazadə ilə görüşəcəklər

Müstəqil Azərbaycan Universitetinin tələbələri fevralın 15-də Fatma Abdullazadə ilə görüşəcəklər
# 05 fevral 2007 16:07 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi valideynləri ilə birlikdə Prezident Aparatında olublar. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinin üzvü Aynur Qurbanova məlumat verib. Onun sözlərinə görə, tələbələr Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüşmək istəyiblər. Şöbə müdiri ilə görüş fevralın 15-nə təyin olunub. A. Qurbanova bildirib ki, yaxın günlərdə tələbələr baş nazirin müavini Elçin Əfəndiyevlə də görüş keçirəcəklər. Aynur Qurbanova fevralın 8-də Binəqədi rayon Məhkəməsinin qərarının onlara təqdim olunacağını və bundan sonra Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini qeyd edib. Qeyd edək ki, MAU-nun lisenziyası ləğv edildikdən sonra 2004-cü ildə bu instituta daxil olmuş tələbələrdən başqa bütün tələbələr digər ali məktəblərə köçürülüb. 2004-cü ildə universitetə qanundankənar qəbul aparıldığına görə həmin tələbələr digər ali məktəblərə köçürülməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR