Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitinə sabah hökm oxunacaq

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitinə sabah hökm oxunacaq
# 06 fevral 2007 09:45 (UTC +04:00)
Fevralın 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İmran Hüseynovun sədrliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti Pərviz Bağırova hökm oxunacaq. Məhkəmədən APA-ya verilən məlumata görə, dövlət ittihamçısı məhkəmədən P. Bağırovun 6 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. İttiham aktına görə, P. Bağırov cinayət əməllərini zabit yoldaşı Ramin Qəmbərovla 2002-ci ildə hərbi xidmətdə olduğu müddətdə həyata keçirib. R. Qəmbərov 2004-cü ildə cinayət əməlinə görə mühakimə olunub. P. Bağırov isə ötən ilin noyabrında həbs olunaraq barəsində istintaq tədbirləri aparılıb. P. Bağırov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 233-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 329.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etmə) maddələri ilə təqsirləndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR