Bank Of Baku

MSK üzvü Qabil Orucov: “Erməni əsilli Azərbaycan vətəndaşların adlarının seçici siyahılarına salınması ilə bağlı MSK-da hər hansı müzakirə olmayıb”

MSK üzvü Qabil Orucov: “Erməni əsilli Azərbaycan vətəndaşların adlarının seçici siyahılarına salınması ilə bağlı MSK-da hər hansı müzakirə olmayıb”
# 06 fevral 2007 10:03 (UTC +04:00)
Xankəndi Dairə Seçki Komissiyası (DSK) erməni əsilli Azərbaycan vətəndaşlarının adlarını seçici siyahılarına daxil etmək üçün onlara müraciət etmək istəsə də, MSK rəhbərliyi buna razılıq verməyib. Bu barədə APA-ya DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, MSK-dan bu məsələnin DSK-nın səlahiyyətində olmadığı bildirilib və məsələ ilə bağlı MSK-nın özünün müvafiq addımlar atacağı deyilib. Buna görə də A. Doluxanov seçici siyahılarının dəqiqləşdirilməsi zamanı erməni əsilli vətəndaşların siyahıya salınmasının baş tutmadığını vurğulayıb. MSK-nın üzvü Qabil Orucov isə APA-ya açıqlamasında seçici siyahılarının hazırlanmasının DSK-nın və məntəqə seçki komissiyalarının səlahiyyətində olduğunu deyib: “Seçki komissiyaları müstəqil qurumlardır və onlar müstəqil qərarlar qəbul edə bilərlər. Erməni əsilli vətəndaşların adlarının seçici siyahılarına salınması ilə bağlı MSK-da hər hansı müzakirə olmayıb. Əgər belə bir müzakirə olubsa da, mən bu prosesdə iştirak etməmişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR