Bank Of Baku

Naftalanda xeyli sayda silah-sursat aşkarlanıb

Naftalanda xeyli sayda silah-sursat aşkarlanıb
# 06 fevral 2007 13:03 (UTC +04:00)
Naftalanda yerli polis şöbəsinin əməkdaşları tərəfindən xeyli sayda silah-sursat aşkarlanıb. Şöbəyə daxil olmuş anonim zəng əsasında əməliyyat keçirən polislər yerli paylayıcı elektrik şəbəkəsinin 200 metrliyindən 1 ədəd 5,45 mm kalibrli AK-74 markalı avtomat silahı, 2 ədəd F-1, 1 ədəd RQD-5 markalı əl qumbaraları, tank üçün 1 ədəd gecəgörmə cihazı, 2 ədəd rabitə cihazı, 1 ədəd fişəng, 5 ədəd iriçaplı PDM mərmisi və 1300 ədədə yaxın döyüş patronu aşkarlayaraq götürüblər. Naftalan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev APA-ya bildirib ki, Naftalan cəbhə bölgəsində yerləşdiyi üçün burada qanunsuz silah-sursatın hələ də mövcud olduğu ehtimal edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR