Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova növbəti dəfə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Samir Məmmədova növbəti dəfə baş çəkiblər
# 06 fevral 2007 13:04 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları ermənilərin ötən il dekabrın 24-də əsir götürdükləri Azərbaycan ordusunun hərbçisi Samir Nazim oğlu Məmmədova növbəti dəfə baş çəkiblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva məlumat verib. G. Quliyeva bildirib ki, bu, qurum əməkdaşlarının əsirlə 8-ci görüşüdür. Komitənin nümayəndələri azərbaycanlı hərbçiyə ailəsinin ona göndərdiyi 5-ci məktubu çatdırıblar.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S. Məmmədov Bərdə Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, Qazax-İcevan sərhədinin neytral zonasında əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR