Bank Of Baku

“Barmek”in prezidentinə rəsmi ittiham elan olunub, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib

“Barmek”in prezidentinə rəsmi ittiham elan olunub, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib
# 06 fevral 2007 13:04 (UTC +04:00)
Respublika Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Barmek”in vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda pul vəsaitinin talan edilməsi, məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsi ilə bağlı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində CM-nin 179.3.2, 306.2, 308.2 və 313-cü maddələri ilə başlanmış cinayət işi başa çatdırılıb. Hazırda cinayət işinin materialları tanış olmaq məqsədi ilə təqsirləndirilən şəxslərə təqdim olunub. İstintaq materialları ilə tanışlıq başa çatandan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. İstintaqla müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin “Barmek Holdinq A.Ş” şirkəti arasında bağlanmış müqaviləyə əsasən, “Bakıelektrikşəbəkə” ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. Müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, “Barmek” şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmayıb, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə “Barmek”in istehlakçılar hesabına həyata keçirilib. İstintaq, həmçinin, müəyyən edib ki, “Barmek” MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul vəsaitinin saxta maliyyə-mühasibat sənədləri tərtib olunmaqla, əməliyyat və texniki idarəetmə, məsləhət xidmətləri xərcləri adı ilə, investisiya qoyuluşu üzrə hesabatlarda təhrif edilmiş rəqəmlər göstərilməklə, köhnə avadanlıqların yeni avadanlıq kimi quraşdırılması, görülmüş iş həcmlərinin və ya alınmış avadanlıqlarının dəyərinin şişirdilməsi üsulları ilə 9 milyon 143 min 940 AZN dəyərində özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib. “Barmek”in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, Texniki Departamentin direktoru Vəfa Ağayev, Texniki Əməliyyat Departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və Maliyyə Departamentinin rəisi Valeh Zeynalov, Yüksək Gərginlikli Elektrik Şəbəkələrinin İstismarı İdarəsinin rəisi Çingiz Abdullayev, Rele Mühafizə Xidmətinin rəisi Əsgər Əsgərzadə CM-in 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində həbs və digər qətimkan tədbirləri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR