Bank Of Baku

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımıza yardım üçün xüsusi vəkil ayırıb

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımıza yardım üçün xüsusi vəkil ayırıb
# 09 fevral 2007 13:33 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları yanvarın 16-dan 31-nə kimi 1000-ə yaxın azərbaycanlının işlədiyi Kiyevin ən iri meyvə-tərəvəz bazarlarından biri olan Troyeşşino bazarında səhər və axşam saatlarında növbətçilik həyata keçiriblər. Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev APA-ya bildirib ki, növbətçiliyin məqsədi milis işçilərinin azərbaycanlılara qarşı iddialarının obyektivliyini müəyyən etmək olub. “Növbətçilik dövründə heç bir problem yaranmayıb, azərbaycanlılar tam rahat şəkildə ticarətlə məşğul olurlar. Biz soydaşlarımıza öz tövsiyələrimizi veririk, deyirik ki, geyimlərinə, xarici görünüşlərinə fikir versinlər, üzləri, əlləri təmiz olsun, özlərini mədəni aparsınlar, davranışları, hərəkətləri ilə göstərsinlər ki Ukraynanın adət-ənənələrinə, qayda qanunlarına hörmət edirlər. Onlar başa düşməlidir ki, xarici ölkədə yaşayırlar, bu ölkənin öz qanunları, adət-ənənələri var, ona hörmət etsələr, onda işləri də yaxşı gedər”. Səfirin sözlərinə görə, Ukraynada biznes fəaliyyəti ilə məşğul olmaq istəyən soydaşlarımıza yardım məqsədilə, onları Ukrayna qanunları ilə tanış etmək üçün xüsusi vəkil ayrılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR