Bank Of Baku

“Qarabağ partizanı”nın cəzasının azaldılması ilə bağlı iki il əvvəl çıxarılan hökm hələ də icraya göndərilməyib

“Qarabağ partizanı”nın cəzasının azaldılması ilə bağlı iki il əvvəl çıxarılan hökm hələ də icraya göndərilməyib
# 09 fevral 2007 13:47 (UTC +04:00)
“Qarabağ partizanları”ndan Ədalət Ağayevin cəzasının 1 il azaldılması ilə bağlı 2005-ci ilin martında çıxarılan hökm hələ də icraya göndərilməyib. “Qarabağ partizanları”nın Hüquqlarını Müdafiə Komitəsindən APA-ya verilən məlumata görə, Ə. Ağayevin valideyni dəfələrlə Ali Məhkəmənin katibliyinə müraciət etsə də, məhkəmə qərarının surəti onun cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilməyib. Ə. Ağayevin anası Gülayə Ağayeva qanun pozuntusu ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməyi nəzərdə tutub. Məsələ ilə bağlı Ali Məhkəmədən münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, 2003-cü ildə 23 nəfər gənc dəstə yaradaraq Qarabağda partizan hərəkatına başlamaq istəyib. Onlar nəzərdə tutduqları planı həyata keçirə bilməyiblər və bir müddət sonra həbs olunublar. “Partizan”lardan birinə ömürlük, digərlərinə isə 5 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzaları verilib. 2005-ci ildə onlardan 11-i azadlığa buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR