Bank Of Baku

ADP hakimiyyətlə dialoq qərarının yerli təşkilatlara izahı üçün toplantı keçirəcək

ADP hakimiyyətlə dialoq qərarının yerli təşkilatlara izahı üçün toplantı keçirəcək
# 09 fevral 2007 13:49 (UTC +04:00)
ADP rəhbərliyi partiyanın Ali Məclisinin yanvarın 27-də qəbul olunmuş “Siyasi dialoq və konstruktivizmə prioritetin verilməsi barədə” qərarının yerli təşkilatlara izahı məqsədi ilə yaxın 10 gün ərzində toplantı keçirmək niyyətindədir. Bu barədə APA-ya partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, qəbul olunmuş qərarla bağlı yerli təşkilatların üzvləri dəqiq məlumatlara malik olmadıqları üçün bəzi qüvvələr bundan öz maraqları üçün istifadə etməyə çalışır: “Bizim qəbul etdiyimiz qərar yerli təşkilatlara partiyadan kənarda fəaliyyət göstərən mürtəce qrup tərəfindən fərqli şəkildə çatdırılır. Bu da üzvlərimiz arasında suallar doğurur. Biz qərarın izahı ilə bağlı keçiriləcək tədbirlər nəticəsində bu sualları aradan qaldırmaq istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR