Bank Of Baku

Fevralın 13-də qəsdən adam öldürməyə cəhddə ittiham olunan Asim Haqverdiyevin işi üzrə hazırlıq iclası keçiriləcək

Fevralın 13-də qəsdən adam öldürməyə cəhddə ittiham olunan Asim Haqverdiyevin işi üzrə hazırlıq iclası keçiriləcək
# 09 fevral 2007 14:27 (UTC +04:00)
Fevralın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi qəsdən adam öldürməyə cəhddə ittiham olunan Asim Haqverdiyevin işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. İttiham aktına görə, A. Haqverdiyev arvadı Aidə Seyidovanı zorladığına görə cəzaçəkmə müəssisəsində cəza çəkən Emin Məmmədovdan qisas almaq istəyib. Bunun üçün ötən il oktyabrın 6-da Emin Məmmədovun anası Tamella Məmmədovanı öldürmək qərarına gəlib. Bu məqsədlə T. Məmmədovanın yaşadığı evin qarşısına gələrək onu həyətə çağıran Asim Haqverdiyev qadına bıçaqla bir neçə zərbə endirib. Səs-küyə gələn qonşular Tamella Məmmədovanı Asim Haqverdiyevin əlindən alıblar. Asim Haqverdiyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetməyə cəhd) maddəsi ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR