Bank Of Baku

Füzuli Ələkbərov: “Əlillik dərəcəsinin verilməsini biznesə çeviriblər”

Füzuli Ələkbərov: “Əlillik dərəcəsinin verilməsini biznesə çeviriblər”
# 09 fevral 2007 14:46 (UTC +04:00)
“Əlillik dərəcəsinin verilməsini biznesə çeviriblər, xüsusilə də cənub zonasında bu hala daha çox rast gəlinir”. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirdiyi müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. O bildirib ki, son vaxtlar 16 yaşadək olan uşaqlar arasında ruhi xəstəliyə və əsəb sistemi xəstəliklərinə görə əlilliyə çıxma halları artır: “Araşdırma zamanı bir kənddə 39 uşağın ruhi xəstə olduğu müəyyənləşdi. Belə məsələlərə bir dəfəlik nöqtə qoymaq lazımdır”. F. Ələkbərov uşaqlara anadangəlmə əlillik verməyin düzgün olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR