Allahşükür Paşazadə və Hidayət Orucov Zaqatala və Şəki rayonlarında olublar
09 fevral 2007 16:36 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün Zaqatala və Şəki rayonlarında olublar. Zaqatala və Balakən rayonlarının qazisi Hacı İbrahim Əfəndinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, A. Paşazadə və H. Orucov rayonun Əliabad və Yuxarı Tala kəndlərinin məscidlərində yerli camaatla görüş keçiriblər. Şeyxülislam kənd məscidlərinə müqəddəs “Qurani-Kərim” və bir sıra dini kitablar hədiyyə edib. Daha sonra A. Paşazadə və H. Orucov Şəkiyə gedərək rayon ictimaiyyəti ilə görüş keçiriblər. Onlar sabah Balakən və Qax rayonlarına da səfər edəcəklər. /APA/
Hadisə
Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıb
11:27
4 may 2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
10:57
4 may 2024
Xankəndidə son bir həftədə tapılan silah-sursatın həcmi açıqlanıb
10:48
4 may 2024
FHN: Ötən sutka 30 yanğına çıxış olub, 6 nəfər xilas edilib
10:29
4 may 2024