Nizami məqbərəsinin ətrafında abadlaşdırma işləri aparılacaq
10 fevral 2007 13:02 (UTC +04:00)
Nizami məqbərəsinin ətrafının təmiz saxlanması və burada olan ağaclara xidmət göstərilməsi üçün yeni işçi ştatları lazımdır. Məqbərənin direktoru Gülnarə İsmayılova APA-nın qərb bürosuna bildirib ki, hazırda burada 4 bağban və 4 dalandar çalışır: “Lakin bu, ziyarətə gələnlərin tam razı qalması üçün azdır. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinə əlavə 12 vakant ştat yeri alınması üçün müraciət edilib”. G. İsmayılova onu da qeyd edib ki, bu gün Nizami məqbərəsinin ətrafının abadlaşdırılmasına böyük ehtiyac var: “Məqbərənin ətrafında işıqların bəzisi işləmir. Ona görə də elektrik xətlərinin dəyişdirilməsi lazımdır. Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov bu məsələni həlli üçün göstəriş verib. Yaxın zamanlarda məqbərənin ətrafı çıraqban olacaq”. /APA/
Hadisə
Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:10
3 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024