Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi baş verə biləcək təbii və texnogen fəlakətlərə qarşı mübarizə aparmaq üçün tədbirlər planlar hazırlayır

Fövqəladə Hallar Nazirliyi baş verə biləcək təbii və texnogen fəlakətlərə qarşı mübarizə aparmaq üçün tədbirlər planlar hazırlayır
# 27 fevral 2007 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, yaz aylarında Kür çayında daşqınların baş verməməsi üçün hazırlıq tədbirlərinin görülməsinə başlanılıb. Bu məqsədlə nasos qurğuları təmizlənir, ərazidə bərpa işləri aparılır. F. Tağızadə deyib ki, Sumqayıtdakı Sintez-Kauçuk Zavodunda baş verən partlayışdan sonra bütün sənaye müəssisələrinə təhlükəsizlik texnikası qaydalarına riayət etməklə bağlı ciddi tapşırıqlar verilib: "Bəzi müəssisə rəhbərləri bu məsələyə o qədər də məsuliyyətlə yanaşmırlar. Bununla əlaqədar nazirliyin yerli qurumlarına tapşırıqlar verilib, belə müəssisələrdə reydlər aparılır". /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR