Bank Of Baku

Dəvəçidə “quş qripi” virusunun yayılmasının qarşısını almağa həsr edilmiş zona müşavirəsi keçirilib

Dəvəçidə “quş qripi” virusunun yayılmasının qarşısını almağa həsr edilmiş zona müşavirəsi keçirilib
# 27 fevral 2007 11:33 (UTC +04:00)
Dəvəçi rayonunda Quba-Xaçmaz bölgəsi rayonlarının baytarlıq idarələri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, müşavirəyə icra hakimiyyəti strukturlarının, quşçuluq müəssisələrinin, sərhəd-keçid məntəqələri baytarlıq xidmətlərinin nümayəndələri qatılıb. Tədbirdə təhlükəli “H5N1” virusunun yayılmasının qarşısının alınması istiqamətində vəziyyət müzakirə olunub. Müşavirədə çıxış edən Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bildirib ki, hələlik “Şimal” bölgəsində “quş qripi” xəstəliyi qeydə alınmayıb. O, Azərbaycanda quş qripi xəstəliyi ilə bağlı 113 minik və yük avtomobilinin, çiləyici maşının səfərbər olunduğunu, hər bir rayona nəzarətin gücləndiyini bildirib. Aşkarlanan ölü quşların sayının azaldığını deyən İsmayıl Həsənov virus təhlükəsinin martın 20-dək davam edəcəyini bildirib. Tədbirin sonunda “quş qripi” və digər xəstəliklərlə bağlı rayonlarının baytarlıq xidmətlərinə konkret tapşırıqlar verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR