Bank Of Baku

Gəncə hava limanına gedən yolun hər iki tərəfində müasir üslubda binalar tikilməsi planlaşdırılır

Gəncə hava limanına gedən yolun hər iki tərəfində müasir üslubda binalar tikilməsi planlaşdırılır
# 27 fevral 2007 11:45 (UTC +04:00)
Gəncə hava limanına gedən yolun hər iki tərəfində müasir üslubda binalar tikilməsi planlaşdırılır. Bu barədə APA-nın Qərb bürosuna açıqlama verən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov prezident İlham Əliyevin sərəncamına əsasən, Gəncənin ərazi bölgüsünə daxil edilən 100 hektar ərazidə böyük canlanma yaranacağını bildirib. “Biz şəhərin mərkəzində olan inkişafı ətraf ərazilərə də yaymaq fikrindəyik. Bu məqsədlə Gəncə hava limanına gedən yolun sağ və sol tərəflərində müasir üslubda binalar tikilməsi planlaşdırılır. Burada istirahət guşələri, satış mağazaları, supermarketlər, uşaqlar üçün əyləncə obyektləri və yaşayış binalarının salınması nəzərdə tutulub”. Eldar Əzizovun sözlərinə görə, artıq bir neçə iş adamına həmin ərazidə yerlər ayrılıb. “Bizim tələbimiz ondan ibarətdir ki, bu ərazidə tikiləcək binalar müasir modern üslubda olmalı və əsasən də alkapon, sendviç panel və dəmir konstruksiyalarla tikilməlidirlər. Bu, Gəncəyə xüsusi görkəm verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR