Bank Of Baku

Güclü qar nəticəsində Astara işıqsız qalıb

Güclü qar nəticəsində Astara işıqsız qalıb
# 27 fevral 2007 12:02 (UTC +04:00)
Fevralın 25-dən fasiləsiz yağan qar Astara rayonuna ciddi ziyan vurub. APA-nın cənub bürosunun məlumatına görə, daha çox rayonun elektrik təsərrüfatına zərər dəyib. Güclü qar nəticəsində 5 transformator, 165 elektrik dirəyi və 5 kilometr uzunluğunda elektrik xətti sıradan çıxıb, 16 min abonentdən 14 min nəfəri işıqsız qalıb. Telefon rabitəsində də ciddi problemlər yaranıb, lakin qısa vaxt ərzində aradan qaldırılıb. Bundan başqa, ucqar kəndlərlə magistral əlaqə kəsilib. Yolların təmizlənməsi üçün Astarada texnika çatışmır. Astara Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov APA-ya bildirib ki, artıq qəzanın nəticələrinin 70 faizi aradan qaldırılıb və bu istiqamətdə iş davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR