Bank Of Baku

Ombudsman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinə müraciət edib

Ombudsman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinə müraciət edib
# 27 fevral 2007 12:39 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyevə məktubla müraciət edib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Məktubda bildirilib ki, Ombudsman Aparatına daxil olmuş müraciətdə bir qrup jurnalistin hakim Faiq Qasımovun sədrliyi ilə sabiq nazir Əli İnsanovla bağlı keçirilən məhkəmə prosesi zamanı zala buraxılmadığı, bununla da onlara qarşı ayrı-seçkiliyə yol verildiyi barədə müraciət daxil olub. Ombudsman müraciətdə əks etdirilmiş halların yoxlanılmasını, jurnalistlərin növbəti proseslərdə qanunvericilik çərçivəsində iştirakının təmin olunmasını məhkəmə sədrinə tövsiyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR