Bank Of Baku

MDB ölkələri orqanlarının koordinasiya müşavirəsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilir

MDB ölkələri orqanlarının koordinasiya müşavirəsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilir
# 27 fevral 2007 12:52 (UTC +04:00)
Moskvada cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq sahəsində çalışan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri orqanlarının Astanada aprelin 25-26-da keçiriləcək koordinasiya müşavirəsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilir. APA-nın MDB İcra Komitəsinə istinadən məlumatına görə, təşkilat komitəsinin iki gün davam edəcək iclasında Qazaxıstan və MDB İcra Komitəsi nümayəndələri koordinasiya müşavirəsinə hazırlıqda bağlı məlumatı dinləniləcək, müşavirənin gündəliyi barədə fikir mübadiləsi aparılacaq. Təşkilat Komitəsinin ikinci iclası martın 28-29-da Astanada keçiriləcək. Apreldə Astanada keçiriləcək koordinasiya müşavirəsində MDB ölkələrində müasir təhlükə və çağırışların xüsusiyyətləri, müasir çağırış və təhlükələrə qarşı birgə mübarizə proqramı, gələcək əməkdaşlığın istiqamətləri, Koordinasiya müşavirəsinin təhlükəsizlik məsələləri və MDB-nin inkişafı üzrə təkliflər müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR