Bank Of Baku

Ötən il 1559 ha torpaq sahəsinin qanunsuz satışı və icarəyə verilməsinin qarşısı alınıb

Ötən il 1559 ha torpaq sahəsinin qanunsuz satışı və icarəyə verilməsinin qarşısı alınıb
# 27 fevral 2007 13:06 (UTC +04:00)
Ötən il görülən tədbirlər zamanı 1559 ha torpaq sahəsinin qanunsuz satışı və icarəyə verilməsinin qarşısı alınıb. Bu barədə APA-ya ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib. Hesabat dövründə Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün 16703 bələdiyyə aktı təqdim olunub. Bu isə 2005-ci illə müqayisədə 65 faiz çoxdur. V. Zahirov bildirib ki, nazirlik tərəfindən 988 aktın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər verilib. Müvafiq tədbirlər nəticəsində 466 bələdiyyə qərarı ləğv edilib, 22-si dəyişdirilib, 48 qərarın ləğvi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılıb. Bələdiyyə aktlarını inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə göndərmədikləri üçün 146 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. 81 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. 17 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək Ədliyyə Nazirliyinin topladığı materiallar əsasında Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Barəsində cinayət işi açılan bələdiyyələrə Xətai, Astara, Göyçay rayonunun Qarayazı, Masallının Qızılağac və digər bələdiyyələr daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR