Bank Of Baku

Bakıda bir ailənin dörd üzvü dəm qazından boğularaq ölüb

Bakıda bir ailənin dörd üzvü dəm qazından boğularaq ölüb
# 27 fevral 2007 14:50 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Nəsimi rayon prokuroru Aqşin Ziyadov bildirib ki, həmin mənzildə yaşayan Quliyev Nihad Tofiq oğlu (2001), Quliyeva Arzu Cahangir qızı (1966), Quliyeva Xanım İsrafil qızı (1947) və Quliyev Şahin Tofiq oğlu (1968) dəm qazından zəhərləniblər. Prokuror bildirib ki, hadisə baş verərkən ev sahibəsi A. Quliyevanın həyat yoldaşı Lənkəranda olub. Ailə üzvlərinin telefon zənglərinə cavab verilmədiyindən narahat olan ev sahibi qohumlarına zəng edərək ailəsi haqqında məlumat öyrənməyi xahiş edib. Qohumları Mənzil İstismar Sahəsinin əməkdaşlarının köməyi ilə eyvandan qapını sındıraraq, evə daxil olublar. Prokuror bildirib ki, otaqlardan birinə İran istehsalı olan qaz qızdırıcısı qoşulub. Hadisəyə də qızdırıcının düzgün qoşulmaması səbəb olub. Hadisə yeri prokurorluğun və Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən müayinə olunub. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR