Bank Of Baku

Nizami rayon Polis İdarəsinin əməkdaşı naməlum silahlı şəxsin hücumuna məruz qalıb

Nizami rayon Polis İdarəsinin əməkdaşı naməlum silahlı şəxsin hücumuna məruz qalıb
# 28 fevral 2007 12:50 (UTC +04:00)
Fevralın 27-dən 28-nə keçən gecə Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin əməkdaşı Abbasəli Bayramov naməlum silahlı şəxsin hücumuna məruz qalıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində ağır yaralanan DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Hazırda yaralının vəziyyəti normaldır. Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir. Naməlum şəxsin müəyyənləşib tutulması üçün tədbirlər görülür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR