Bank Of Baku

Çeçen qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi qarşısında aksiya keçiriblər

Çeçen qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyi qarşısında aksiya keçiriblər
# 28 fevral 2007 14:24 (UTC +04:00)
Nümayəndəlikdən APA-ya bildirilib ki, aksiya iştirakçılarından 20 nəfərini ofisin rəhbəri Vilyam Tol qəbul edib. Aksiya iştirakçılarından bəziləri üçüncü ölkəyə getməkdə, bəziləri onlara Azərbaycan hökuməti tərəfindən qaçqın statusunun verilməsində və ölkədəki qaçqınlar üçün nəzərdə tutulmuş imtiyazların onlara da şamil olunmasında nümayəndəliyin yardım göstərməsini, habelə Azərbaycanda qiymətlərin bahalaşması ilə bağlı BMT QAK tərəfindən edilən maliyyə və ərzaq paketindən ibarət olan yardımların artırılmasını tələb ediblər. Nümayəndəlikdən V. Tola istinadən APA-ya bildirilib ki, il yarım ərzində Bakıda işlədiyi müddətdə o, çeçen qaçqınları ilə tez-tez görüşlər keçirir, bu da həmin görüşlərdən biridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR