Bank Of Baku

Gəncədə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Gəncədə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
# 28 fevral 2007 14:32 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətində 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, hesabat iclasında Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident İcra Aparatının nümayəndəsi Canpolad Musayev, Gəncə şəhər hüquq-mühaizə orqanlarının, təhsil müəssisələrinin, idarə və təşkilatların rəhbər işçiləri iştirak edib. Tədbirin əvvəlində “Kəpəz” telekanalı tərəfindən hazırlanmış hesabat xarakterli film nümayiş etdirilib. Filmdə hesabat ili ərzində Gəncədə aparılmışıq quruculuq, abadlıq işləri, Gəncə şəhər icra hakimiyyəti tərəfindən görülmüş işlər barədə kadrlar öz əksini tapıb. Daha sonra tədbirdə çıxış edən icra hakimiyyəti başçısının birinci müavini İlham Əliyev 2006-cı il ərzində Gəncə şəhərində istehsalın həcminin artdığını, xidmət sahələrinin genişləndiyini, əmək haqlarının xeyli artdığını bildirib. Hesabat ilində əhəmiyyətli inkişaf tempinə nail olmuş istehsal müəssisələrindən Gəncə “Gil-torpaq” İstehsalat Sahəsini, Gəncə Avtomobil Zavodunu, “Gəncə Şərab-2”, “Gəncə Tekstil”, “Gəncə Pambıqəyrici”, “Gəncə Qənnadı”, “Gəncə yağ-piy” Açıq Səhmdar Cəmiyyətlərinin, maşınqayırma zavodunun, “Asmet” LTD, “Bentonit”, “İnterpak” Məhdud Məsuliyyətli Cəmiyyətlərin, “Azəri-Ərəboğlu”, “Fatoğlu” birgə müəssisələrinin adları çəkilib. İlham Əliyevin sözlərinə görə, ötən il Gəncədə 21 saylı məktəbin 640 nəfərlik yeni binası tikilib istifadəyə verilib, 37 nömrəli məktəbdə əsaslı təmir işləri aparılıb, Gəncə məktəbləri 500 müəllim stolu və stulu, 3600 şagird partaları ilə təmin edilib. 15 məktəbdə kompüter sinfi yaradılıb və 364 kompüter şagirdlərin istifadəsinə verilib. Şəhər icra hakimiyyətinin birinci müavini Gəncədə təhsilin səviyyəsi tələb olunan dərəcədə olmadığını deyib. O, sözlərinə misal olaraq Gəncə şəhər ümumtəhsil məktəbləri şagirdlərinin 2005/06-ci dərs ilində ümumrespublika olimpiadalarında yer tutmamağını, 3364 məzunun yalnız 614 nəfərinin tələbə adı qazanmasını, ali məktəbə qəbulun nəticələrinə görə Gəncə məzunlarının göstəricisinin respublika səviyyəsindən aşağı olmasını qeyd edib. İclasda çıxış edən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev hesabat ili ərzində yol verdikləri nöqsanlara görə, 14 məktəb direktoruna şiddətli töhmət verildiyini vurğulayıb və töhmətlərə ciddi yanaşmayan kadrların işlərindən azad ediləcəklərini bildirib. Hesabat iclasında çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov çıxışında hüquq-mühafizə orqanlarının rəhbərlərinə şəhərdə torpaqların qanunsuz satılmasının qarşısını almaq üçün ciddi göstəriş verib və işlərində neqativ hallara yol vermiş bir sıra rəhbər işçilərə ciddi xəbərdarlıqlar edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR